
Restoran çağrı sistemi (NFC)










5 ₼
Restoran çağrı sistemi (NFC)
SatılıkKontrol edildiİkinci elBugün yayımlandı
ŞehirBakı
Tarih
Numara№1278632
Açıklama
NFC ofisiant çağırma sistemi — düyməsiz, batareyasız
Restoran, kafe, çayxana və otellər üçün. Qonaq telefonunu masadakı stikerə yaxınlaşdırır, "Ofisiant" ya da "Hesab" düyməsinə basır — həmin an ofisiantın da, menecerin də telefonuna masa nömrəsi ilə bildiriş düşür. Nə monitor, nə baza, nə peycer, nə batareya lazımdır.
TANIŞ GƏLİR?
- Ən yaxşı ofisiant da hər şeyi görə bilmir — qonaq əl eləyir, "Ofisiant!" deyə çağırır, o isə zalın o başındadır, xəbəri yoxdur.
- Xidmət gecikdi — pis rəy yazıldı. O rəyi də növbəti qonaq hələ qapıdan girməmiş oxuyur.
- Uzaq masalara xidmət həmişə axsayır — teras, künc, hovuz kənarı: ofisiant çağırmaq çətindir, o qonaqlar da az sifariş verir.
- Qonaq hər dəfə yad adam kimi gəlib gedir — adı ilə qarşılanmır, növbəti dəfə digər restoranı seçir.
- Hər istək düyməyə sığmır — əlavə salfet, ilıq su, allergiya. Qonaq əcnəbidirsə, iş əl-qolla başa salmağa qalır.
- Zala nəzarət üçün masa-masa gəzirsiniz, həmişə də bir addım geridə. Problemi görəndə artıq gec olur.
- Bəzi qonaqlar gözləyir, gözləyir, durub gedir — ofisiantla göz-gözə gələ bilmir, sakitcə başqa obyektə gedir.
- Qonaq yeyib qurtarıb, hesabı gözləyir — ofisiant başqa masadadır. Masa 15 dəqiqə havayı tutulur, növbəti qonaq isə boş masa gözləyir.
- Düymə sistemi almısınız? Batareyası bitib, düymələri itib və ya xarab olub.
- Hamının əl vurduğu düymə — masadakı ən çirkli şeydir.
escusi bunların hamısını həll edir. Gecədə bircə masa artıq dolub-boşalsa, illik pulu çıxır.
NECƏ İŞLƏYİR
1. Qonaq telefonunu (iPhone və ya NFC-li Android) stikerə vurur.
2. Ekranda "Ofisiant çağır", "Hesab", "Masanı təmizlə" çıxır — birini seçir, ya da öz istəyini yazır.
3. Bildiriş dərhal ofisiantın və menecerin telefonuna düşür. 4 dəqiqə cavab yoxdursa — xatırlatma, 7 dəqiqə — menecerə təcili siqnalı gedir.
4. Menecer bütün masaları canlı izləyir — telefondan da, kompüterdən də.
Əcnəbi turist istəyini öz dilində yazır, siz öz dilinizdə oxuyursunuz — tərcümə avtomatikdir. Dillər: AZ, RU, EN, TR. Masa, kabinet, işçi sayında limit yoxdur. Otellər üçün də: otaq nömrəsi, resepşn, təmizlik.
QİYMƏT
- NFC stiker — ədədi 5 AZN
- Quraşdırılmada köməklik göstəririk (razılaşma yolu ilə)
- Abunə haqqı: ayda cəmi 4.99 USD (≈8.5 AZN)
Qonaq üçün tətbiq pulsuzdur, qeydiyyat-filan yoxdur — bir dəfə yükləyir, escusi olan hər yerdə işləyir.
Gəlib yerində göstərək? Zəng edin, ya WhatsApp yazın:
restoran çağrı sistemi, restoran cagri sistemi, restoran çağırma sistemi, ofisiant çağrı sistemi, ofisiant caqri sistemi, ofisiant çağırma sistemi, personal çağırma sistemi, çağrı sistemi bakı, restoran zəngi, restoran zengi, restoran zvanok, ofisiant zəngi, ofisiant zengi, kafe zəngi, çayxana zəngi, kabinet zəngi, kabinet zvanok, mehmanxana zəngi, çağrı düyməsi, cagri duymesi, masa zəngi, zəng sistemi, NFC stiker
Diğer ilanlar







FastLogistics

FastLogistics






ProLine Tools MMC

