Dreame Robot Vacuum X50 Ultra Complete (RLX85CE-4) yüksək texnologiyalarla təchiz olunmuş güclü və ağıllı robot tozsorandır. 20,000Pa güclü soruş gücü sayəsində toz, kir və xüsusilə heyvan tüklərini effektiv şəkildə təmizləyərək dərin təmizlik təmin edir. Cihaz HyperStream texnologiyası , Detangling DuoBrush və SideReach təmizləmə sistemi ilə küncdən-küncə qədər maksimum effektivliklə işləyir. MopExtend RoboSwing texnologiyası isə döşəmələri daha dəqiq yuyaraq həm quru, həm də nəm təmizliyi bir arada təqdim edir. 3DAdapt ağıllı maneə tanıma sistemi və VersaLift Navigation texnologiyası sayəsində robot ev daxilində maneələrdən yayınaraq daha dəqiq və effektiv hərəkət edir. Müxtəlif səthlərdə — parket, xalça, mərmər və plitə üzərində problemsiz işləyir. 180 dəqiqəyə qədər batareya ömrü ilə geniş sahələri fasiləsiz təmizləyə bilir. App, səsli və uzaqdan idarəetmə imkanları istifadəni maksimum rahat edir. Model həmçinin: All-in-one avtomatik baxım sistemi , AceClean DryBoard, Ağıllı marşrut planlama (Intelligent Precision), Corner-to-Corner Cleaning – tam əhatəli təmizlik ilə seçilir. Dreame X50 Ultra Complete yüksək performans, ağıllı texnologiya və maksimum rahatlıq təqdim edən premium robot tozsoran seçimidir.