Prayk
Samsung Galaxy A17 (SM-A175) 6/128 GB Light Blue — Smartfonlar, Bakı
459.99 ₼

Samsung Galaxy A17 (SM-A175) 6/128 GB Light Blue

SatılıkAnaliz edildiİkinci elBugün
Şehir
Bakı
Kategori
Smartfonlar
Tarih
Numara
№1346897

Açıklama

Məhsul təsviri - Samsung Galaxy A17 (SM-A175) 6/128 GB Light Blue

Görünüş və istifadə rahatlığı

Açıq mavi rəngli Samsung Galaxy A17 (SM-A175) 6/128 GB ilk baxışdan zövqlü görünüşü ilə diqqət çəkir. Plastik və şüşədən hazırlanan korpus telefonu həm yüngül, həm də rahat edir. 7,5 mm qalınlığı sayəsində onu gün ərzində rahatlıqla istifadə edə bilərsən. 6,7 düymlük Super AMOLED ekran 1080 × 2340 piksel təsvir ölçüsü ilə parlaq və aydın görüntü təqdim edir. İstər film izləyərkən, istər oyun oynayarkən, istərsə də sosial şəbəkələrdə vaxt keçirərkən hər detalı rahat görə bilərsən.

Məhsuldarlıq və yaddaş

Güclü prosessor

Səkkiznüvəli MediaTek Helio G99 prosessoru gündəlik istifadə zamanı sürətli işləmə təmin edir. Tətbiqlər sürətlə açılır, onlar arasında rahat keçid edə və eyni anda bir neçə işi gecikmə hiss etmədən yerinə yetirə bilərsən. 6 GB əməli yaddaş telefonun axıcı işləməsinə kömək edir.

Geniş yaddaş

128 GB daxili yaddaş şəkillərini, videolarını və digər fayllarını rahat saxlamağa imkan verir. Daha çox yaddaşa ehtiyacın yaranarsa, yaddaş kartı əlavə edə bilərsən.

Bağlantı imkanları

Galaxy A17 4G şəbəkəsini dəstəkləyir. NFC funksiyası ilə ödənişlərini kart çıxarmadan həyata keçirə bilərsən. Bluetooth 5.3 simsiz qulaqlıq və digər qurğularla sabit bağlantı yaradır. USB Type-C girişi isə həm enerji yığmaq, həm də digər qurğuları qoşmaq üçün istifadə olunur.

Kameralar və çəkiliş imkanları

Əsas kamera

50 MP, 5 MP və 2 MP olmaqla üçlü əsas kamera sistemi ilə günün müxtəlif vaxtlarında keyfiyyətli şəkillər çəkə bilərsən. Avtomatik fokuslama çəkilişi sürətləndirir, optik sabitləşdirmə isə hərəkətdə olarkən belə daha aydın görüntülər əldə etməyə kömək edir. 1080p formatında 30 fps video çəkilişi və HD formatında 120 fps yavaşıdılmış video rejimi.

Ön kamera

13 MP ön kamera ilə təbii selfilər çəkə və rahat videozəng edə bilərsən. Gündəlik xatirələrini dostların və yaxınlarınla yüksək keyfiyyətdə paylaşa bilərsən.

Avtonomluq və təhlükəsizlik

Gün boyu enerji

5000 mAs tutumlu batareya gün ərzində telefonu rahat istifadə etməyə imkan verir. Enerji azaldıqda isə 25 Vt sürətli enerji yığımı sayəsində batareyanı qısa vaxtda doldura bilərsən.

Məlumatlarının qorunması

Üz tanıma funksiyası telefonu sürətli və təhlükəsiz şəkildə açmağa imkan verir. IP54 qorunması isə onu tozdan və su sıçramalarından qorumağa kömək edir.

Rahat istifadə

Android 15 əməliyyat sistemi ən son funksiyalardan və təhlükəsizlik yeniləmələrindən istifadə etməyə imkan verir. İşıq və yaxınlaşdırma sensorları isə gündəlik istifadəni daha rahat edir.

Niyə Samsung Galaxy A17 seçməlisən??

  • Parlaq və aydın Super AMOLED ekranla sevdiyin məzmuna rahat baxa bilərsən.
  • Güclü prosessor sayəsində tətbiqlər sürətli işləyir.
  • 128 GB yaddaş fayllarını rahat saxlamağa imkan verir.
  • Keyfiyyətli kameralarla şəkil və video çəkə bilərsən.
  • 5000 mAs batareya və 25 Vt sürətli enerji yığımı gün ərzində rahat istifadə imkanı yaradır.
  • NFC, üz tanıma və IP54 qorunması gündəlik istifadəni daha rahat və təhlükəsiz edir.
  • Smartfona 12 ay rəsmi zəmanət verilir.

Samsung Galaxy A17 gündəlik həyatında sənə lazım olan bütün əsas imkanları təqdim edir. İstər işləyərkən, istər oxuyarkən, istərsə də boş vaxtını keçirərkən sürətli işləməsi, böyük ekranı və keyfiyyətli kameraları ilə rahat istifadə təcrübəsi yaşayacaqsan. Müasir görünüşə və etibarlı işləməyə malik smartfon axtarırsansa, Samsung Galaxy A17 sənin üçün uğurlu seçim olacaq.

Benzer ilanlar

Hepsini gör