Prestijli Panorama Park yaşayış kompleksində 2 otaqlı studio layihəli,dəniz mənzərəli mənzil satılır. Mənzilin ümumi sahəsi 97 kvadratmetrdir. Mənzil tam təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Otaqlar geniş və işıqlıdır, mənzildə rahat yaşayış üçün əlverişli şərait yaradılıb. Bina yüksək səviyyəli yaşayış infrastrukturu ilə təmin olunub. Binada 3 ədəd sürətli lift fəaliyyət göstərir. Sakinlərin avtomobilləri üçün 2 mərtəbəli yeraltı parkinq mövcuddur. Kompleksin həyətində uşaqlar üçün oyun sahəsi və mini futbol meydançası yerləşir. Binanın aşağı mərtəbəsində market, aptek və müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Gündəlik ehtiyaclar üçün lazım olan bütün xidmətlər kompleksin yaxınlığında mövcuddur. Mənzil həm şəxsi yaşayış, həm də investisiya məqsədilə əlverişli seçimdir. Mənzilin qiyməti 278.000 AZN + 1% ofis haqqı.
Təmirli, Qaz, Su, İşıq, Lift, Seyf Qapı, PVC pəncərə, Balkon, Kondisioner, Mətbəx mebeli, Kombi sistemi