BİNƏQƏDİ RESİDENCE | 65 M² | QANUNİ 2 OTAQ | 16-CI MƏRTƏBƏ | GİR-YAŞA
Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında, Binəqədi Residence yaşayış kompleksində 65 m² qanuni 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil 17 mərtəbəli yeni tikili binanın 16-cı mərtəbəsində yerləşir. Mənzil tam təmirli və “gir-yaşa” vəziyyətindədir. Razılaşma əsasında əşyaları ilə birlikdə satıla bilər (elektrik cihazları istisna olmaqla).
Mənzil haqqında:
65 m², qanuni 2 otaq
16-cı mərtəbə
Cənub-qərb istiqamətli, işıqlı və günəşli
Qarşısı ömürlük açıq, geniş mənzərə
Bütün otaqlarda pəncərə və balkon çıxışı
Kombi sistemi
Qaz, su, işıq və internet daimidir
7/24 mühafizə
2 müasir lift
Geniş parking
Ətraf infrastruktur:
Binanın altında Araz Market və Mini Bazar, yaxınlıqda məktəb, bağça, aptek, marketlər və digər xidmət sahələri yerləşir.
142 nömrəli avtobus binanın qarşısından keçir. Yeni marşrut xətti ilə 20 Yanvar metrosuna təxminən 15 dəqiqəyə çatmaq mümkündür.
Bina yeni olduğundan hazırda kupça verilməyib.
Ofis haqqı: 1%