Satılır: Bakı şəhəri, 4-cü mikrorayon – yeni tikili 2 otaqlı mənzil
Bakı şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən yeni tikili binada 2 otaqlı mənzil satılır. Mənzil binanın 10-cu mərtəbəsində, gün çıxan (səhər günəşi alan) hissəsində yerləşir.
Mənzil geniş və işıqlı otaqlara malikdir. Geniş balkonu mövcuddur. Mənzilin sahəsi müqavilə sənədində 94 kv.m-dir.
Ev tam təmirli və bütün əşyalarla təmin olunub. Mənzil bütün mebel və məişət əşyaları ilə birlikdə satılır. Mənzildə 1 ədəd hamam-tualet və giriş hissəsində əlavə ayrıca tualet mövcuddur.
Hazırda həmin binada iki otaqlı mənzillərin kirayə qiyməti 800-1000 AZN təşkil edir.
Yerləşmə baxımından çox əlverişli ərazidədir:
20 Yanvar və Memar Əcəmi metrolarına təxminən 5 dəqiqəlik piyada məsafəsindədir;
Yaxınlıqda Neptun, Araz market və digər ticarət obyektləri yerləşir;
Ətrafda dövlət və özəl uşaq bağçaları, məktəblər və gündəlik ehtiyac üçün bütün zəruri infrastruktur mövcuddur.
Qeyd: Mənzilin sahibi özüməm. Ev birbaşa mülkiyyətçi tərəfindən satılır.
Mənzil həm ailə yaşayışı, həm də gəlirli investisiya üçün ideal seçimdir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.