Şəhərin tam mərkəzində, Rəşid Behbudov küçəsində yerləşən mənzil satılır. Mənzilə giriş birbaşa küçədən, blokdandır. Mənzildəki bütün pəncərələr və 2 eyvan Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinə baxır. Həyətə baxan heç bir otaq və pəncərə yoxdur. Mənzilin kupçadaki sahəsi 82 m², eyvanlarla birlikdə ümumi sahəsi isə 96 m²-dir. Tavanın hündürlüyü 3,2 metrdir. Otaqların döşəməsi 1-ci sort palıd parketdir. Bütün qapılar və dolablar şabalıd ağacındandır. Bundan əlavə, mənzildə kamin də mövcuddur. Mənzil tam əşyalı və məişət avadanlıqları ilə (soyuducu, paltaryuyan, qabyuyan maşın) birgə satılır. Binanın yerləşdiyi ərazi şəhərin ən prestijli və əlverişli nöqtələrindən biridir. Ətrafda parklar, elit restoranlar, kafelər, məktəblər, banklar və alış-veriş mərkəzləri mövcuddur. Şəhərin əsas küçələrinə və ictimai nəqliyyata rahat çıxış gündəlik həyatınızı daha da komfortlu edir. Real alıcı üçün qiymətdə endirim nəzərdə tutulub. Ofis haqqı 1%
Təmirli, Qaz, Su, İşıq, Kabel TV, Seyf Qapı, PVC pəncərə, Balkon, Mərkəzi istilik s, Kondisioner, Mətbəx mebeli, Əşyalı