NEFTÇİLƏR METROSUNA YAXIN, ƏLA TƏMİRLİ 3 OTAQLI MƏNZİL SATILIR Nizami rayonunun sakit, yaşıllıqlarla zəngin və prestijli ərazilərindən birində, Nizami Rayon İcra Hakimiyyətinin yuxarısında yerləşən əla təmirli və tam əşyalı 3 otaqlı mənzil satışa təqdim olunur. Mənzilin ümumi sahəsi 107 kv.m-dir. 7 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir və mərtəbədə cəmi 3 mənzil mövcuddur. Mənzil 3 işıqlı otaq, geniş mətbəx, 2 sanitar qovşaq və 2 balkondan ibarətdir. Arxa balkon cam balkon sistemi ilə bağlanıb. Mənzilin sənədi çıxarışdır (kupça). Start qiyməti 272 000 AZN-dir. Real alıcıya qiymətdə endirim olunacaq. Binada 2 sürətli Hyundai lifti, işıq generatoru, yeraltı su hovuzu, 24 saat kamera nəzarəti və mühafizə xidməti mövcuddur. Mənzil 24 saylı Polis Bölməsinin və 1 saylı Uşaq Evinin yaxınlığında yerləşir. Ətrafda Bolmart, Bravo və Araz marketləri, həmçinin müxtəlif iaşə və xidmət obyektləri mövcuddur. 8-ci km bazarına piyada təxminən 10 dəqiqəyə, metro və avtobus dayanacaqlarına isə 8 dəqiqəyə çatmaq mümkündür. 210 və 220 saylı orta məktəblər binanın yaxınlığında yerləşir. Komissiya haqqı: 1%.
Təmirli, Qaz, Su, İşıq, Telefon, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Su çəni, Balkon, Mərkəzi istilik s, Kondisioner, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi