Satılır 3 otaqlı həyət evi/bağ evi 100 m²












135 000 ₼
Satılır 3 otaqlı həyət evi/bağ evi 100 m²
SatılıkAnaliz edildiİkinci elBugün yayımlandı
ŞehirBakı
KategoriEv, bağ, kottec
Tapu varEvet
İşlem türüSatılık
Emlak türüMüstakil ev / Yazlık / Villa
Oda sayısı3
Alan100 m²
Arsa alanı3 sot
TadilatOrta tadilatlı
İpoteğe uygunEvet
SatıcıMal sahibi
Tarih
Numara№1202921
ŞehirBakı
Tapu varEvet
Emlak türüMüstakil ev / Yazlık / Villa
Alan100 m²
TadilatOrta tadilatlı
SatıcıMal sahibi
Tarih
Açıklama
Binə Atçılıqda, 292 nömrəli məktəbin, poçt məntəqəsinin, parkın və bağçanın tam yanında şəxsi özümə məxsus evimi satıram. Ev tam sənədlidir, KUPÇASI VAR və dövlət ipotekasına tam yararlıdır. İpoteka ilə ev axtaranlar rahatlıqla müraciət edə bilərlər.
Ev 3 sotun içində tikilib, kifayət qədər geniş və rahat həyəti var. 1 mərtəbəlidir, 3 otaqdan ibarətdir. Tikilişinə və təmirinə söz ola bilməz, çox keyfiyyətli materiallarla, xüsusi zövqlə super dizayn olunub. Şəkillərdən də təmiri və keyfiyyəti aydın görünür. Evin daxilində isti pol sistemi çəkilib, qışı çox isti və rahat olur.
Kommunal tərəfdən heç bir problemi yoxdur – qazı, işığı, suyu daimidir və yerindədir. Evin ən böyük üstünlüklərindən biri də odur ki, daxildə 2 dənə sanitar qovşağı (hamam/ayaqyolu) var. Biri ümumi əsas hissədə yerləşir, digəri isə birbaşa otağın daxilindədir (sizin üçün çox rahat dizayn etmişdik).
Ev əşyasız satılır. Yerləşmə yeri olaraq çox ideal və sakit ərazidir, xüsusən uşaqlı ailələr üçün əla fürsətdir, çünki 292 nömrəli məktəb düz evin yanındadır, uşaqlar yolu keçmədən rahat gedib-gələ bilirlər. Yaxınlıqda marketlər və digər lazımi iaşə obyektləri var.
Real, ciddi alıcı ilə qiymətdə razılaşmaq olar.
Yorumlar
Mağaza vitrini
Tümünü gör

