Şəxsi mülkümdür, vasitəçi deyiləm.
Neftçilər prospektində, Dənizkənarı Bulvarın tam qarşısındakı 5 mərtəbəli daş binanın 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 70 kv.m-dir. Sənədi mənzildir (Kupçası var).
Əsas üstünlükləri və potensialı:
2 böyük pəncərəsi birbaşa Neftçilər prospektinə baxır. Şəhərin ən gediş-gəlişli və prestijli yeridir.
Giriş binanın blokundandır. Prospektə baxan pəncərələri şirkətlər üçün çox effektli vizual reklam/brendinq yeri rolunu oynayır.
Layihə olaraq modern 3 otaqlı studiya (studio-mətbəx və 2 yataq otağı) etmək üçün çox rahat planirovkası var.
Kimlər üçün idealdır?
Airbnb (kirayə) biznesi üçün: Yerləşdiyi yerə görə xarici turistlərin ən çox axtardığı zonadır. Yaxşı təmir olunsa, Airbnb-də aylıq rahatlıqla minimum 3000 AZN gəlir gətirə bilər. Xüsusilə Formula 1 yarışları zamanı günlük kirayə qiyməti bir neçə qat qalxır.
Qapalı ofis üçün: İT şirkətləri, hüquq, konsaltinq, dizayn studiyaları və ya turizm agentlikləri üçün mərkəzdə prestijli ofis variantıdır.
Ev hal-hazırda təmirsizdir (pod mayak). Bu da alıcıya imkan verir ki, obyekti öz biznesinə və ya zövqünə uyğun dizayn etsin.Real alıcı ilə qiymətdə yerindəcə ağlabatan endirim danışmaq olar.Ciddi şəxslər əlaqə saxlasın.