BUZOVNA ALBALILIQDA PREMİUM BAĞ EVİ SATILIR!
Sakitlik, rahatlıq və keyfiyyəti bir arada axtaranlar üçün Albalılığın ən gözəl və ekoloji cəhətdən təmiz ərazisində modern üslubda inşa olunmuş bağ evi təqdim olunur
📌 Əsas Göstəricilər:
Torpaq sahəsi: 4 sot
Evin sahəsi: 176 kv.m
Sənəd: Çıxarış (Kupça)
🏡 Ev və Həyətin Üstünlükləri:
İstilik sistemi: Ev tam olaraq isti döşəmə (istipol) ilə təchiz olunub və kombi sistemi hazırdır.
Həyətdə: Xüsusi kombi otağı və əlavə sanuzel mövcuddur.
Hovuz: Həyətdə filtrli, ideal ölçüdə (3.5 x 6 m) hovuz.
Su təminatı: 8 tonluq yeraltı su çəni var.
Kommunalları tam: Qaz, işıq, şirin su və sürətli internet daimidir.
Özəl qeyd: Alıcının istəyinə uyğun olaraq sanuzellərə duş kabinaları quraşdırılıb təhvil verilə bilər!
📍 Yerləşmə yeri: Buzovna, Albalılıq yaşayış massivi – çox sakit və gözəl bir ərazi