Salam, həyət evi özümə məxsusdur vasitəçi deyiləm. Yerləşmə yeri Masazırda, Qurtuluş 93 yaşayış kompleksinden sonra yerləsəşir. Hansı ki hal-hazırda "Yeni Masazır" kompleksi düz evin yanında tikilir. Yeni açılan 4 saylı böyük məktəbə, Yeni Bakı, Qurtuluş 93 kompleksi ilə bir neçə addımlıq məsafədədir. Duz gölünə bir başa mənzərəsi var. Yolun kənarında birinci evdir. Evin 3 mərtəbəyə qədər tikilişinə rəsmi icazə alınıb, 1 mərtəbəsi qoşa daşla tikilib otaqlar bölünüb, mərtəbə üstü keyfiyyətli beton piltə ilə bağlanıb, ikinci mərtəbə yarımçıq tikilib, üstünü bağlayıb təmirə başlaya bilərsiniz. Sənəd torpağın çıxarışıdır (Kupça) . Təyinat kənd torpaqlarıdır. Hansı burda hər kəsdə elədir. Həyət ümumilikdə 3 sotdur lakin 1 sotunu kəsib özümə saxlayacam, 2 sot evlə birlikdə rəsmi olaraq alanın adına keçiriləcək. Qaz, Su, İşıq sayğacları var və quraşdırılıb. Ümumiyyətlə 3 mərtəbə tikəcəkdim planlar dəyişdi ona görə bu cür təmirsiz vəziyyətdə təcili satıram. Maraqlansaz burda boş torpağın sotu 15000 manatdır. Mən sizə bu qiymətdən də ucuz hazır ev, sayğaclar, hasarlanmış hazır proekt satıram. Özüm də alan adamla yaxşı qonşu olacam inşAllah. Zəng çatmasa whatsappla yazın ətraflı videosunu da ata bilərəm.