
Satılır 4 otaqlı həyət evi/bağ evi 90 m²












80 000 ₼
Satılır 4 otaqlı həyət evi/bağ evi 90 m²
SatılıkKontrol edildiİkinci elBugün
ŞehirBakı
KategoriEv, bağ, kottec
İşlem türüSatılık
Emlak türüMüstakil ev / Yazlık / Villa
Oda sayısı4
Alan90 m²
Arsa alanı3 sot
TadilatOrta tadilatlı
SatıcıMal sahibi
Tarih
Numara№1605986
Açıklama
Bakı şəhəri, Xocəsən qəsəbəsində yerləşən, şəxsi istifadə üçün yüksək keyfiyyətlə inşa edilmiş fərdi yaşayış evi satılır.
Ev qoşa kubiklə tikilib, 60×60 beton örtüyə malik möhkəm bünövrə üzərində inşa olunub. İkimərtəbəli üslubda layihələndirilsə də, hazırda bir mərtəbə kimi istifadə olunur. Tikintidə keyfiyyətli materiallardan istifadə edilib və ev çox möhkəm konstruksiyaya malikdir.
Evin həm daxili, həm də xarici hissəsi yeni təmirdən çıxıb. Heç bir əlavə xərc tələb etmir – alıb rahatlıqla yaşamaq mümkündür. Evdə nəmişlik, su basma və ya buna bənzər hər hansı problem qətiyyən yoxdur.
Qaz, su və işıq daimidir. Kanalizasiya xətti mövcuddur. Bütün kommunal xidmətlər tam işlək vəziyyətdədir. Alanın bir başa adına keçir.
Ev ekoloji cəhətdən təmiz, sakit ərazidə yerləşir. Dağ və göl mənzərəsi olan bu ev təmiz hava və rahat həyat tərzi istəyənlər üçün əla seçimdir.
Qiymətlə bağlı real alıcı ilə yerində razılaşmaq mümkündür. Alıcının çatışmayan hesab etdiyi xırda işlər olarsa, onlar da qiymətdə nəzərə alınacaq.
Əlavə suallarınız olarsa və ya evə baxmaq istəsəniz, istənilən vaxt əlaqə saxlaya bilərsiniz.
Qeyd: Nəmişlik, su basma və ya buna bənzər hər hansı problem qətiyyən yoxdur.
Benzer ilanlar









Eldəniz




Emlakci N10


