Abşeron rayonu, Məmmədli qəsəbəsində, CC marketə yaxın ərazidə, torpaq sahəsi 3.3 sot, ümumi sahəsi 113 kv/m olan, 4 otaqlı və tam təmirli həyət evi satışdadır. Əsas yola 150 metr məsafədə yerləşir. Məmmədli dəmiryol stansiyasına maşınla 5-10 dəqiqə məsafədədir. Əlavə olaraq qarşısından həmin istiqamətə gedən marşrut xətti keçməkdədir. Sənəd (paket Kupça) Çıxarışdır. Həm torpağın, həm evin çıxarışı var. İpotekaya tam yararlıdır. 1 qonaq, 3 yataq otağı; mətbəx və sanuzeldən ibarətdir. Özünə tikilən evdir. Həyətində evin özünə məxsus terrası, yay mətbəxi – mətbəxində manqalı, pultla açılıb-bağlanan darvazası, sanitar qovşağı, ehtiyyat su çəni və kombi otağı mövcuddur. Qaz, su, işıq, internet təminatı daimidir. İstilik sistemi kombidir. Həmin ərazidə bu qiymətə makler evləri təklif olunur, təcili satılır – real alıcıya fantastik deyil, cüzi endirim olacaq. Əmlaka baxış, ətraflı məlumat və digər əmlaklar üçün əlaqə saxlaya bilərsiniz.
Təmirli, Qaz, Su, İşıq, Seyf Qapı, PVC pəncərə, Su çəni, Balkon, Mətbəx mebeli, Kombi sistemi