Xırdalan şəhəri, Ekologiya postunun yaxınlığı (Ekologiya postundan Xırdalana girən kimi soldakı ilk bina, Rahat marketlə üzbəüz) 11mərtəbəli binanın 4-cü mərtəbəsi. 140 kvadrat. 4 otaq.
Ev tamamilə isti poldur və Neoklassik üslubda təmir olunub. istifadə olunan bütün metlax oboy kafel və s. hamısından əlavə var. gələcəkdə nəsə əl gəzdirmək istəsələr axtarmayacaqlar materialı.
Divarın içində gizli seyfə qədər var. 2 açarlı və şifrəli.
İstilik Boiler sistemdi (Kombi+ariston inteqrasiya olunub. İstəsən ayrı ayrılıqda istifadə edə bilərsən, istəsən hər ikisini qoşa bilərsən, aristona gələn su kombidən isidilmiş olaraq gəlir deyə ariston artıq pul yazmır, termos vəzifəsini yerinə yetirir).
Elektrik xəttlərinin bir çoxu vavien sistemi ilə çəkilib (məsələn, dəhlizin işığını yataq otağından da idarə etmək olur.) Bütün elektrik xəttləri yüksək keyfiyyətli kabellərlə çəkilib. Bütün otaqlarda gizli led işıqlardan istifadə olunub.
Evdə yaşayış 1il yarım olub. Bütün əsas işləri Suvaq, santexnik, malyar və s. yüksək dərəcədə görülmüşdür.
Binaya kupça verilir var amma mən almamışam. Pereoformleniya edəcəm alıcının adına. Xərcləri mənlikdi. Alıcı ilə razılaşıb Kupçanı da birbaşa ala bilərəm.
Əlavə olaraq binanın altında qaraj da var. Sənədli olaraq almışam. Onu da hədiyyə edəcəm alan adama. Qiymətə daxildi yəni.
Qiymət 230min manat. (Razılaşmaq olar)