
Satılır 5 otaqlı həyət evi/bağ evi 216 m²












280 000 ₼
Satılır 5 otaqlı həyət evi/bağ evi 216 m²
SatılıkKontrol edildiİkinci elBugün
ŞehirXaçmaz
KategoriEv, bağ, kottec
Tapu varEvet
İşlem türüSatılık
Emlak türüMüstakil ev / Yazlık / Villa
Oda sayısı5 ve üzeri
Alan216 m²
Arsa alanı6 sot
TadilatOrta tadilatlı
SatıcıMal sahibi
Tarih
Numara№1574879
Açıklama
🌊 Nabranda Dəniz Mənzərəli, Tam Əşyalı və Təmirli 2 Mərtəbəli Villa Satılır!
Əsas Parametrlər:
📍 Yerləşmə: Nabran meşə kəndi. El Faro-ya 500m, Atlant-a 1km məsafədə. Dənizə maksimum 2 dəqiqə, meşəyə isə 5 dəqiqəlik piyada yol.
🏡 Sahə: 6 sot həyətyanı sahə, 216 m² yaşayış sahəsi.
🛏 Otaq sayı: 5 otaq (1 super geniş zal, 4 yataq otağı).
🛁 Sanitar qovşaq: Ümumilikdə 3 ədəd.
📄 Sənədlər: Bütün sənədlər tam qaydasındadır (Kupça var)
Evin və Həyətin Təsviri:
Şəhərin səs-küyündən uzaqlaşıb, həm dənizin, həm də meşənin havasını eyni anda almaq istəyənlər üçün ideal təklifdir. Ev çox keyfiyyətli materiallarla inşa edilib, fasadı dəniz rütubətindən qorunmaq və estetik görünüş vermək üçün xüsusi "kabançik"lə yığılıb. Mənzildə yaşamaq üçün ehtiyac olan hər bir detal düşünülüb,bütün əşyaları və mebelləri ilə birlikdə satılır. Evin həm pəncərələrindən, həm də balkonundan birbaşa dənizə gözəl mənzərə açılır.
Həyətyanı sahə tam abadlaşdırılıb. Həyətdə hündür şam ağacları, dekorativ güllər, geniş besetka və xüsusi dizaynla yığılmış navesli yay mətbəxi (manqal zonası) var. Evdə biri, digəri həyətdə olmaqla 2 mətbəx mövcuddur.
İnfrastruktur:
Qaz, işıq və sürətli internet daimidir.
Su problemi qətiyyən yoxdur (əlavə olaraq su çəni/bakı quraşdırılıb).
İsitmə sistemi Evdə tam işlək Kombi sistemi və radiatorlar quraşdırılıb. Yəni ev təkcə yay mövsümü üçün deyil, 4 fəsil yaşayış və istirahət üçün tam yararlıdır.
Real alıcıya cüzi endirim olunacaq.
Benzer ilanlar




Nicat bəy



Rəşad bəy


Nuray Xanim

Elan sahibi




Emlakinvest.az

Yunis
