
Satılır obyekt 1200 m²












415 000 ₼
Satılır obyekt 1200 m²
SatılıkKontrol edildiİkinci elBugün
ŞehirXaçmaz
KategoriObyekt
İşlem türüSatılık
Emlak türüTicari mülk
Alan1200 m²
TadilatTadilatsız
Tapu varEvet
İpoteğe uygunEvet
Tarih
Numara№1480172
Açıklama
İnvestisiya üçün əla fürsət!
Nabranın ən əlverişli və tələbatlı ərazisində, dənizdən cəmi 1 dəqiqəlik məsafədə, birbaşa magistral yolun kənarında podmayak obyekt satışa çıxarılır.
4 mərtəbəli bina, 3 sot torpaq sahəsi.
Əsas göstəricilər:
Torpaq sahəsi: 3 sot, sənədləri qaydasındadır
Tikinti icazəsi: var
Tamamlandıqdan sonra potensial ümumi sahə: təxminən 1200 m²
Hazırkı vəziyyət: 4 mərtəbənin karkası inşa olunub, damın vurulması qalıb.
1-ci mərtəbə: sərbəst planlaşdırma, kommersiya fəaliyyəti üçün tam uyğundur — mağaza, qaraj, anbar və ya parkinq kimi istifadə oluna bilər. Əvvəllər icarəyə verilib.
Yaxınlıqda əlavə kommersiya obyekti mövcuddur — kafe və ya mağaza kimi istifadə edilə bilər və əvvəllər icarəyə verilib.
İstifadə perspektivləri:
Qonaq evi / mini-otel — birinci mərtəbədə kommersiya sahəsi ilə birlikdə. Nabranın kurort zonası olması mövsümi yerləşmə xidmətlərinə tələbat yaradır.
Çoxmənzilli format — mənzillərin mərtəbələr üzrə icarəyə verilməsi və ya satılması üçün əlverişli variant.
Qarışıq format — yaşayış sahələri + birinci mərtəbədə kommersiya obyektinin icarəyə verilməsi.
Torpaq sahəsi və əsas tikinti konstruksiyası artıq hazırdır. Yeni sahibə yalnız təmir və daxili işləri tamamlamaq qalır. Beləliklə, layihələndirmə və sıfırdan tikinti mərhələsinə əlavə vaxt və vəsait sərf etməyə ehtiyac yoxdur.
Süni intellekt vasitəsilə hazırlanmış şəkildə, obyektin təmir işləri başa çatdıqdan sonra, məsələn, necə görünə biləcəyini görə bilərsiniz (ikinci şəkil)*
Real alıcıya ENDIRIM MÜTLƏQ EDİLƏCƏK!
Qiymət: 415 000 AZN
Benzer ilanlar


Naila





Davud







Naila

