İş haqqında məlumat:
Bakı şəhəri üzrə aptek nöqtələrinin mütəmadi ziyarət edilməsi;Aptek şəbəkəsinin deposundan ayrı-ayrı aptek nöqtələrinə məhsulların göndərişinin sifarişlərə uyğun şəkildə formalaşdırılması və koordinasiya edilməsi;Məhsulların aptek nöqtələrində satışının artırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi;Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə və görünüşünə nəzarət edilməsi;Aptek nöqtələrində şirkətin və məhsulların düzgün təmsil olunmasının təmin edilməsi;Yeni aptek nöqtələrinin müəyyən edilməsi və əməkdaşlığın qurulması;Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi;Sifarişlərin, satışların və müştəri məlumatlarının müvafiq qaydada qeydiyyatının aparılması;Məhsulların stok vəziyyətinin və tələbatının izlənilməsi;Rəqiblərin fəaliyyəti, qiymətləri və bazardakı yeniliklər barədə məlumatların toplanması;Gündəlik görülən işlər və satış nəticələri barədə hesabatların təqdim edilməsi;Rəhbərlik tərəfindən verilən digər satış yönümlü tapşırıqların icra edilməsi.
Tələblər:
Ali və ya orta ixtisas təhsili;Satış sahəsində minimum 1 il iş təcrübəsi;Distribusiya sahəsində təcrübənin olması üstünlükdür;Aktiv satış və müştəri ilə ünsiyyət bacarığı;Danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;Nəticəyönümlü və məsuliyyətli yanaşma;Azərbaycan dilində səlis danışıq və ünsiyyət bacarığı;Bakı şəhəri üzrə aptek şəbəkəsi və satış nöqtələri ilə işləməyə hazır olmaq;MS Office proqramlarından istifadə bacarığı;İşin dinamik və sahədə olmasını nəzərə alaraq operativ və çevik işləmə bacarığı.İş şəraiti:Əmək haqqı: 1300 man (nahar, yol xərci daxil);İş qrafiki: 5 günlük;İş yeri: Bakı şəhəri ərazisi.Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi (Aptek kanalı üçün)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1300 ₼
Son müraciət: 26/09/2026