Prayk
SMM menecer tələb olunur — Vakansiyalar, Bakı
450 ₼

SMM menecer tələb olunur

SatılıkKopyaİkinci el3 gün önce yayımlandı
Şehir
Bakı
Kategori
Vakansiyalar
Tarih
Numara
№1135142
Açıklama
📢 SMM XANIM ƏMƏKDAŞ TƏLƏB OLUNUR 🎀 Toy və tədbir dekorasiyası sahəsində fəaliyyət göstərən şirkətimizə məsuliyyətli, aktiv və işinə ciddi yanaşan SMM xanım əməkdaş axtarılır. 📍 İş yeri: Azadlıq metrosunun yaxınlığı 🕘 İş saatı: 09:00–18:00 💰 Aylıq maaş: 450 AZN 📅 Həftədə 1 gün istirahət 🎁 Əlavə satışlardan bonus verilir. 📌 İşə qəbuldan əvvəl 3 günlük sınaq müddəti olacaq. 🔹 İŞ ÖHDƏLİKLƏRİ: • Instagram mesajlarını operativ cavablandırmaq • Müştərilərə qiymət və xidmətlər barədə dəqiq, ətraflı məlumat vermək • Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq • Sifarişləri qəbul etmək və məlumatları düzgün qeyd etmək • Dekorla bağlı foto və videoları Instagram-da paylaşmaq • Gündəlik Story-lər yerləşdirmək və səhifəni aktiv saxlamaq • Dekor postlarını vaxtında hazırlamaq və paylaşmaq • Elan saytlarında dekor xidmətləri ilə bağlı elanlar yerləşdirmək • Elanları yeniləmək və mütəmadi nəzarətdə saxlamaq • Müştəri müraciətlərini vaxtında cavablandırmaq və satışa yönləndirmək • Word və kompüter proqramlarında işləmək • Sifariş və müştəri məlumatlarını kompüterdə düzgün qeyd etmək 🔹 NAMİZƏDDƏN TƏLƏBLƏR: • SMM sahəsinə maraq və həvəs • Instagram və sosial şəbəkələrdən istifadə bacarığı • Sürətli və düzgün yazışma bacarığı • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət • Kompüter və Word proqramında işləmə bacarığı • Müştərilərlə nəzakətli və səbirli davranış • Məsuliyyətli və intizamlı olmaq • Tapşırıqları vaxtında yerinə yetirmək • Aktiv və öyrənməyə həvəsli olmaq • Dekorasiya sahəsində təcrübə üstünlükdür 📌 Qeyd: İş yalnız Instagram-da paylaşım etməkdən ibarət deyil. Əsas vəzifələrdən biri müştərilərlə düzgün ünsiyyət qurmaq, müraciətləri operativ cavablandırmaq və sifarişlərin satışa çevrilməsinə kömək etməkdir. 💰 450 AZN sabit maaş + satış bonusu 📍 Ünvan: Azadlıq metrosunun yaxınlığı 📩 İşlə ciddi maraqlanan xanımlar DM vasitəsilə müraciət edə bilərlər.
SMM menecer tələb olunur | Prayk