Vista 28 sm qalın tökmə qranit tava şüşə qapaqlı, qara rəngli, 100% yapışmayan və yanmayan səthə malik ağır tökmə mətbəx tavasıdır. Tavanın qalın gövdəsi istiliyi bərabər paylayır və az yağla sağlam yemək bişirməyə imkan verir. Qaz, elektrik, keramika, halogen və induksiya tipli bütün növ sobalarda istifadə üçün idealdır.