Pirşah tərliklərı təbii üsullarla boyanmış yun liflərindən əl ilə hazırlanır. Məhsulun hazırlanmasında qədim keçəçilik ənənələri müasir yanaşma ilə birləşdirilir. Təbii yun və əl işi keçə texnikası tərliklərə özünəməxsus tekstura və istilik bəxş edir. Keçənin sıx quruluşu məhsulun sürtünməyə və aşınmaya qarşı davamlılığını artırır, eyni zamanda istilik və səs izolyasiyasına kömək edir.