İş haqqında məlumat:
Tibbi Nümayəndə, Naxçıvan“SwissMed Service” MMC, Sandoz şirkətinin Azərbaycan Respublikasında eksklüziv tərəfdaşı olaraq, Sandoz-un reseptlə (Rx) və reseptsiz (OTC) dərman vasitələrinin təşviqi üzrə Tibbi Nümayəndə vəzifəsinə işə qəbul elan edir.Biz əczaçılıq sektorunda peşəkar inkişaf və uzunmüddətli karyera qurmaq istəyən, yüksək motivasiyaya malik və məsuliyyətli namizədləri əməkdaşlığa dəvət edirik.Əsas vəzifələrŞirkətin reseptlə (Rx) və reseptsiz (OTC) buraxılan əczaçılıq məhsullarının müəyyən edilmiş marketinq strategiyasına uyğun olaraq təşviq edilməsi;Həkimlər, əczaçılar və səhiyyə sahəsinin digər mütəxəssisləri ilə müntəzəm görüşlərin keçirilməsi;Tibbi və əczaçılıq ictimaiyyəti ilə peşəkar əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;Təqdimatların, elmi-praktik tədbirlərin, dəyirmi masaların və digər maarifləndirici proqramların təşkili və keçirilməsi;Müəyyən edilmiş keyfiyyət və kəmiyyət göstəricilərinin icrasının təmin edilməsi;Bazarın monitorinqi, müştəri tələbatlarının və rəqiblərin fəaliyyətinin təhlili;Şirkətin daxili prosedurlarına uyğun olaraq hesabatların hazırlanması və vaxtında təqdim edilməsi.
Tələblər:
Namizədə tələblərAli təhsil (tibb, əczaçılıq, biologiya və ya kimya sahəsində təhsil üstünlük hesab olunur);Tibbi nümayəndə vəzifəsində iş təcrübəsi ən azı 1-2 il;Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;İşgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi bacarığı;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Məsuliyyətlilik, təşəbbüskarlıq, yüksək təşkilatçılıq bacarığı və nəticəyönümlülük;Rus və İngilis dillərinin bilməsi üstünlükdür:Şəxsi nəqliyyat vəsiqəsinin olması üstünlükdür.Şirkət tərəfindən təklif olunurMüasir və dinamik inkişaf edən əczaçılıq şirkətində çalışma imkanı;Rəqabətqabiliyyətli əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;Şirkət tərəfindən təmin olunan könüllü tibbi sığorta və digər sosial güzəştlər; Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğun olaraq 5 günlük iş rejimi, iş saatları 09:00–18:00Peşəkar təlim, ixtisasartırma və karyera inkişafı imkanları;Vəzifə öhdəliklərinin icrası ilə bağlı nəqliyyat və rabitə xərclərinin kompensasiyası;İş yeri: Naxçıvan Məşğulluq növü: Tam iş günü
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 29/09/2026