Toyota Land Cruiser Prado 2.7 (Atmosfer)
Təcili satılır! Əla vəziyyətdə, tam baxımlı, texniki və kosmetik olaraq heç bir xərc tələb etməyən Toyota Prado. Mühərrik tam orijinal 2.7 l sadə (atmosfer) mühərrikdir; dözümlülüyü, sadəliyi və uzunömürlülüyü ilə seçilir. Mühərrik, sürətlər qutusu (karobka) və asqı sistemi (xodovoy) ideal vəziyyətdədir, bütün dövri qulluq işləri vaxtı-vaxtında görülüb, heç bir yağ sızması və ya kənar səs yoxdur. Banı səliqəli, salonu çox təmiz və baxımlıdır, siqaret çəkilməyib. Avtomobil iqlim-kontrol, monitor, arxa görüntü kamerası, çoxfunksiyalı sükan və yolsuzluq rejimləri ilə təchiz olunub. Şəxsi ailə maşınımdır, istənilən servisdə yoxlatdıra bilərsiniz, maşına tam cavabdehəm. Real alıcıya avtomobilin yanında razılaşma və simvolik endirim olacaq.