İlk öncə Allah satanada, alanada xeyir versin.
Maşın Toyota servisdən alınıb. Bütün texniki qulluqları və servis işləri rəsmi Toyota servisində həyata keçirilib.
Mühərrik və karobka əla vəziyyətdədir. Mühərrikdə qram yağ azaltma yoxdur, karobkanın keçidləri səlisdir. Mühərrik və karobka yağları yeni dəyişilib. Təzə akkumulyator alınıb, üzərində 4 ədəd yeni Michelin təkər var.
Maşında vuruq, udar olmayıb. Kuzası öz rəngindədir, hətta polirovka belə olunmayıb. Yalnız arxa sol qapıda sürtünmə var, fotolarda da göstərilib.
Maşın çox səliqəli və sakit istifadə olunub. Müəllim maşınıdır. Ən çox Universitet və ev arası sürülüb. Əsas olaraq aqressiv sürülməyib, vaxtında bütün qulluqları görülüb. Alınan gündən, bu günə qədər bütün yağ dəyişmələri rəsmi Toyota servisində var.
Real alıcıya avtomobili istənilən servisdə yoxlatdırmaq mümkündür. Maşının vəziyyətini olduğu kimi yazmışam, heç nəyi gizlətmirəm. Bilənlər bilir ki, bu model özünü necə doğruldub! Xahiş edirəm real alıcılar narahat etsin.
Allah xeyirli etsin.