Burbay 2-si 1-də Çoxfunksiyalı Uşaq Yemək Masası və Yelləncək Uşağınızın gün ərzində həm rahat yemək yeməsini, həm də xoş vaxt keçirib dincəlməsini təmin edən premium sinif məhsul! Transformasiya oluna bilən quruluşu sayəsində bu məhsul həm yemək stolu, həm də uşaq yelləncəyi funksiyasını yerinə yetirir. 2-si 1-də Transformasiya: Sadə bir hərəkətlə yüksək mama stolundan təhlükəsiz və rahat uşaq yelləncəyinə çevrilir. Maksimum Təhlükəsizlik: Körpənin sürüşməsinin qarşısını alan 5 nöqtəli təhlükəsizlik kəmər sistemi və möhkəm gövdə quruluşu. Erqonomik və Komfortlu Oturacaq: Yumşaq, zərif naxışlı və asan təmizlənən daxili matras körpənizin bədən quruluşunu dəstəkləyir. Hərəkət Azadlığı: Kilidlənə bilən təkərləri sayəsində məhsulu ev daxilində istənilən otağa rahatlıqla daşıya bilərsiniz. Tənzimlənən Quruluş: Yemək tepsisi uşağın boyuna və çəkisinə uyğun olaraq irəli-geri tənzimlənir və çıxarıla bilir.