Sebium Global — ən yeni dermatologiya nailiyyətlərindən istifadə edən tək dermatoloji vasitədir, bioloji olaraq sağlam dəriyə bənzər dəri yağını yenidən yaradır və iltihab ocaqlarının yaranmasına səbəb olan fizioloji prosesi dayandırır. Beləliklə, krem bioloji olaraq təsir edib səpgilərin səbəblərinə və nəticələrinə qarşı olan ilk vasitədir. Patentləşdirilmiş Bakuchiol və Fluidactiv kombinasiyası dəriyə öz yağlı turşularının keyfiyyətini tənzimləməyi öyrədir, sağlam dəriyə bənzər dəri yağını bərpa edir və sızanaqların və qara nöqtələrin yaranmasının qarşısını effektiv şəkildə alır. Nəticələrə gəldikdə isə, dermatoloji etalon agentlərin, mürəkkəb esterlərin AHA, salisil turşusunun və limon turşusunun kombinasiyası dərini təmizləyir, sızanaqları və qara nöqtələri aradan qaldırır, sink qlükozanatı enkosolon ilə birləşərək iltihabdan yaranan qızartını sakitləşdirir və azaltır.