Salamaleykum , özüm arıçıyam , məhsullarımız tam təbiidir , heçbir qatqısı yoxdur .
100 qramı - 20 manat
Çox alana endirim olunacaq.
Propolis vərəmum
Digər arı məhsulları üçündə əlaqə saxlaya bilərsiz.
(Bal , zabrus , şanlı bal , [ perqa arı çörəyi güləm] polen çiçək tozu ,Arı südü . , vərəmum propolis , sadə mum və s.)
Təbii antibiotik – propolis
Propolis nədir?
Propolis bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Arılar çöldən yem gətirən zaman yeşiklərin girişindən keçəndə ayaqlarını propolis sərilmiş yerə basırlar ki, ayaqları dezinfeksiya olunsun və yeşiyin içinə mikrob gətirməsinlər. Bundan əlavə yeşiyin açıq qalan deşiklərini də propolislə tuturlar. Onu da nəzərinizə çatdırım ki, arıların ayaqlarının altındakı propolisin tərkibi yeşiyin başqa yerindəki propolisin tərkibi ilə eyni deyildir. Daha dəqiq desək, ayaq altındakı propolis daha keyfiyyətlidir, antibakterial maddələrlə daha zəngindir. Propolis alanda belə nüanslara diqqət etmək önəmlidir. Arılar yuvaya girmiş böyük həşəratları öldürəndən sonra bayıra çıxarmağa gücləri çatmayanda, onun üzərini propolislə örtürlər, bir növ, mumyalayırlar. Belə mumyalanan həşərat xarab olmadan illərlə qalır və heç bir ziyan vermir.
Propolis bitməz bir şəfa mənbəyidir.
Propolis – çox güclü spazmolitikdir. Belə ki, propolisin analgetik (keyidici) xüsusiyyəti novokaindən 10 dəfə çoxdur. Buna görə də ağız boşluğunda, boğazda olan yaraların müalicəsində və güclü diş ağrılarında 20% li propolis məhlulu ilə həm qar-qara olunur, həm də daxilə qəbul edilir.
– Propolis zəngin tərkibinə görə çox güclü immunostimulyatordur.
–Propolisin tərkibindəki flavonoidlər və polifenollar onu xərçəngin müalicə və profilaktikasında faydalı edir.
– Dəri səpgilərində, sızanaqlarda, aknelərdə xaricə istifadə olunur.
Buzluqda dondurulub toz halına salınmış 20 qram propolis istifadə olunan şampunun içinə əlavə edilir. Bu şəkildə zənginləşdirilmiş şampun kəpəklənmə və seboreya əleyhinə çox faydalıdır.
Ailələrdə bəzən böyük bir problemə çevrilən erkən boşalma zamanı propolisin sulu məhlulundan xaricə istifadə olunur.