Əgər viza prosedurları üzrə bilikləriniz, sənədlərlə dəqiq işləmə bacarığınız və müştəri ilə birbaşa ünsiyyət təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləriViza xidmətləri üzrə daxil olan müştəri sorğularını qəbul etmək, ehtiyacı dəqiqləşdirmək və müvafiq xidmət təklifini təqdim etməkÖlkə və viza kateqoriyası üzrə tələb olunan sənəd siyahısını müştəriyə izah etmək, təqdim olunan sənədləri səfirlik və viza mərkəzi tələblərinə uyğunluq baxımından yoxlamaqÇatışmayan və ya uyğunsuz sənədləri müəyyən etmək, müştəriyə vaxtında bildirmək və tamamlanma prosesini izləməkMüraciət anketlərini doldurmaq, randevu təyin etmək və müraciət paketini təqdimetməyə hazırlamaqMüraciətin statusunu izləmək, nəticə barədə müştərini məlumatlandırmaq və pasportun təhvil verilməsini təşkil etməkBütün müraciət və müştəri məlumatlarını CRM sistemində tam və dəqiq qeydiyyata almaq, fayl statuslarını gündəlik yeniləməkXidmət haqqı və konsulluq rüsumları barədə müştərini məlumatlandırmaq, ödəniş sənədlərinin Maliyyə şöbəsinə vaxtında ötürülməsini təmin etməkSığorta, aviabilet və otel rezervasiyası kimi əlaqəli xidmətlər üzrə əlavə satış imkanlarını dəyərləndirməkRədd hallarının səbəblərini təhlil etmək və təkrar müraciət prosesində müştəriyə dəstək göstərməkSəfirliklərin və viza mərkəzlərinin tələblərindəki dəyişiklikləri mütəmadi izləmək və komandaya ötürməkXarici Turlar, VIP Satış, Korporativ Satış və Müştəri Xidmətləri şöbələri ilə koordinasiyalı işləməkHəftəlik və aylıq hesabatları (müraciət həcmi, təsdiq faizi, gecikən fayllar, şikayətlər) birbaşa rəhbərə təqdim etmək
Vakansiya növü: Tam ştat
Şirkət: Baku Holiday Travel
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/bakuholiday/bakuholiday-visa-emeliyyatlari-uzre-mutexessis-28863373/apply