

Panda 609 model Uşaq Yerimə Arabası 6–18 ay arası körpələr üçün uyğundur. Maksimal 12-15 kq-a qədər yükü rahatlıqla daşıya bilir. Möhkəm metal karkas və körpə sağlamlığı üçün zərərsiz, yüksək keyfiyyətli plastik hissələrdən hazırlanmışdır. Klassik və çoxfunksiyalı dizayna malikdir. Üst hissəsində quraşdırılmış xüsusi çətir, açıq havada və ya parlaq işıqlı otaqlarda körpənin gözünü və başını birbaşa şüalardan qoruyur. Ön tərəfdə yerləşən şirin panda və göbələk fiqurlu oyuncaq sahəsi, düymələri və səs effektləri ilə körpənin diqqətini cəlb edir. Bu panel onun incə motorikasını və əl-göz koordinasiyasını stimullaşdırır. Yürügəcin hündürlüyünü körpənin boyuna görə nizamlamaq olar. Bu funksiya uşağın ayaqlarının yerə tam və düzgün basmasını təmin edir. Geniş və stabil alt dairəvi strukturu körpənin hərəkət zamanı aşma, devrilmə riskini minimuma endirir.














