Çoxfunksiyalı Ana və Körpə Çantası (Açılan Beşik Modellə) Bu çanta səyahət və gündəlik gəzintilər zamanı anaların işini maksimum dərəcədə asanlaşdırmaq üçün xüsusi dizayn edilib. Əsas Özəllikləri Açılan Beşik Bölməsi: Çantanın arxa hissəsi zəncirbənd vasitəsilə açılaraq rahat, torlu yan divarları olan portativ körpə çarpayısına (beşiyə) çevrilir. Yolçuluqda körpənin rahat uzanması və ya altının dəyişdirilməsi üçün ideal həlldir. Geniş Tutum və Bölmələr: İçərisində uşaq bezləri, geyimlər, dəsmal və şəxsi əşyalar üçün çoxsaylı cibləri var. İzolyasiyalı Termo Ciblər: Ön hissədəki xüsusi ciblər şüşələrdəki süd və ya suyu uzun müddət isti/soyuq saxlamağa kömək edir. Əmzik Çantası: Yan tərəfində asılmış kiçik yuvarlaq çanta əmzik və ya xırda əşyaların təmiz və əl çatanda qalmasını təmin edir. Erqonomik və Suya Davamlı: Suyadavamlı, keyfiyyətli parçadan hazırlanıb. Çiyin qayışları yumşaqdır və yükü bərabər paylayaraq beli yormur. Həm bel çantası kimi istifadə oluna, həm də əldə tutula bilən çoxfunksiyalı bir modeldir.