Aptek satış nümayəndəsi (Bakı) / Aptek satış nümayəndəsi (Sumqayıt- Abşeron ray.)
2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur. 10 ildən çox təcrübəmizlə biz, dünyanın aparıcı istehsalçılarının yüksək keyfiyyətli vitaminləri, qida əlavələri, tibbi və kosmetoloji vasitələrini ölkəmizə gətirərək yerli bazarda etibarlı təchizat zənciri formalaşdırmışıq.
Biz sadəcə idxal və məhsulların paylanması ilə kifayətlənmirik, eyni zamanda təmsil etdiyimiz beynəlxalq brendlərin ORZAX, MOSSİ, IYON, SHINIQ, DAY2DAY və digər qlobal markaların Azərbaycanda tam hüquqlu rəsmiləşdirilməsi, strateji marketinqi və PR işlərinin təşkilində dərin təcrübəyə malikik. Azərbaycanda kateqoriya inkişafında mühüm rol oynayan brend olaraq ölkənin böyük aptek şəbəkələri və qabaqcıl xəstəxanaları ilə sıx əməkdaşlığımız sayəsində məhsulların hər bir istehlakçıya vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edirik.
BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi
Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.
İş öhdəlikləri
Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
Minimum 2 il OTC sahəsində təcrübə
Digər tələblər:
Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
Səyyar iş rejiminə uyğunluq
Satış sahəsində yüksək, peşəkar bacarıq
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
Yaş aralığı: 25 - 40
İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Premya sistemi
Qidalanma kartı
Yol xərci , avtomobil varsa yanacaq kartı
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Mövzü hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Maaş: 700 AZN
Son müraciət tarixi: 08.10.2026