Vəzifə öhdəlikləri
Yüklərin nəqliyyat vasitələrinə təhlükəsiz şəkildə yüklənməsini və boşaldılmasını təmin etmək.
Anbara daxil olan malları təyin olunmuş rəflərə və ya zonalara qaydalara uyğun yerləşdirmək.
Göndəriləcək malların siyahıya (fakturaya) əsasən anbar daxilindən tapılıb hazırlanmasını təmin etmək.
Hər növbəyə başlamazdan əvvəl avtokarın (yanacaq/batareya, tormoz, hidravlika, təkərlər) texniki vəziyyətini yoxlamaq.
Nəqliyyat vasitəsində yaranan nasazlıqlar barədə dərhal anbar müdirinə və ya texniki şöbəyə məlumat vermək.
Anbar daxili sürət həddinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
Daşınan və qəbul edilən yüklərin müşayiətedici sənədlərini (əgər tələb olunursa) yoxlamaq.
İşlədiyi texnikanın və cavabde olduğu anbar sahəsinin təmizliyini və nizamını qorumaq.
İş şəraiti
Əmək haqqı – 800 manat.
İş qrafiki: 6 günlük
İş yeri: Binə Ticarət Mərkəzi
Tələblər
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və avtokar idarəetmə sertifikatı.
Fiziki dözümlülük və diqqətlilik.
Oxşar sahədə iş təcrübəsi (adətən 1-3 il).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri və ya 0555007673 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Maaş: 800 AZN
Son müraciət tarixi: 07.10.2026