2 ştat üzrə Sürücü tələb olunur
İSUZU sürücüsü - Atyalı qəsəbəsinə yaxın ərazilərdə yaşayan namizədlər müraciət etsin.
Minik maşını sürücüsü – 8km ərazisinə yaxın ərazilərdə yaşayan namizədlər müraciət etsin.
Departamentin adı: Satınalma
Tabe olduğu vəzifənin adı: Nəqliyyat üzrə mütəxəssis
Tabeliyində olan əməkdaşlar: Yoxdur
Əmək funksiyaları:
Yük maşınının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin edir və reys öncəsi gündəlik texniki baxış keçirir.
Nəqliyyat vasitəsinin təmiz və səliqəli vəziyyətdə saxlanılmasını təmin edir.
Gündəlik olaraq Qobu anbarından Sədərək və Abşeron ticarət mərkəzlərinə məhsulların çatdırılmasını həyata keçirir.
Rayonlara göndəriləcək məhsulların kənar nəqliyyat vasitələri ilə yola salınmasını təmin edir.
Şəhər daxili məhsul çatdırılmalarını planlaşdırır və günün ikinci yarısında icrasını həyata keçirir.
Yüklərin müştərilərə müvafiq qaimələr əsasında vaxtında və tam şəkildə təhvil verilməsinə məsuliyyət daşıyır.
Məhsulların təyinat yerinə təhlükəsiz, vaxtında və düzgün şəkildə çatdırılmasını təmin edir.
Yükün düzgün yüklənməsi, bərkidilməsi və boşaldılmasına nəzarət edir.
Qəza, texniki nasazlıq və ya fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə məlumat verir.
Marşrutlara və rəhbərlik tərəfindən verilən tapşırıqlara əməl edir
Yol hərəkəti qaydalaırna əməl edir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalaərna əməl edir.
Təhsil tələbləri:
Orta təhsil
Staja dair tələb: 1 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər:
İxtisas səriştələri:
Məsuliyyətlilik
Dəqiqlik
Diqqətlilik
Fiziki sağlamlıq və stressə davamlılıq
Ünsiyyət qabiliyyəti
Etibarlılıq
Müştəri və tərəfdaşlarla etik davranış qabiliyyəti
Dil bilikləri: Azərbaycan dili
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2026