Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələləri həyata keçirmək, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəltmək; Davamlı olaraq departamentin balansında olan olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə GPS vasitəsi ilə nəzarət etmək; İstifadədə olan avtonəqliyyat vasitələrinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini bilavasitə təqib etmək; Avtonəqliyyat vasitələrinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq; Podratçı şirkətlərlə (servislərə) müqavilə şərtlərinin yerinə yetirilməsini təqib etmək; Avtomobil sürücüləri tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsi və riayət olunmasına nəzarət etmək; Departamentə məxsus olan nəqliyyat vasitələrini siyahılaşdırmaq, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi və yaxud etibarnamə) düzgünlüyünü təqib etmək;Daim ADY-nin imic və mənafeyini müdafiə edib qorumaq; Fəaliyyət istiqamətləri üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər:
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;Yol hərəkəti qanunları barədə biliklər;Nəqliyyat vasitələrinin texniki göstəriciləri-GPS izləmə sistemləri üzrə biliklər;Elektron informasiya sistemindən istifadə qaydalarını bilməli.
Vakansiya növü: Tam ştat
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-avtoneqliyyat-sobesinin-aparici-mutexessisi-38688926/apply