Xam pambıq nümunələrinin laborator analizini həyata keçirir, nəmlik və zibillilik göstəricilərinin düzgün müəyyən olunmasına nəzarət edir;Hazır məhsulların (mahlıc, tiftik və çiyid) keyfiyyət göstəricilərinin analizini həyata keçirir və nəticələri sənədləşdirir;Laboratoriya avadanlıqlarının, cihaz və qurğuların təmiz və işlək vəziyyətdə saxlanılmasına nəzarət edir, onların gündəlik istifadəyə hazırlanmasını təmin edir;Təlimat və metodik göstərişlərə uyğun olaraq cihaz və aparatların yoxlanılması, tənzimlənməsi və kalibrlənməsi işlərini həyata keçirir, eksperimentlərdə aktiv iştirak edir;Xammal və məhsul analizlərinin nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və uyğun qaydada qeydiyyatını aparır;Laboratoriya əməkdaşlarının işini koordinasiya edir, onlara metodik rəhbərlik edir və icra prosesinə nəzarət edir;Müxtəlif tədqiqat və təcrübə işləri zamanı lazım olan bütün laborator analizləri yerinə yetirir, nəticələrin düzgünlüyünü təmin edir.
Tələblər:
Rəhbər sənədlər, normativ-texniki qaydalar və sorğu materialları ilə işləmək bacarığına malik olmalı;Müxtəlif analiz və laborator tədqiqat metodlarını dərindən bilməli və tətbiq etmə bacarığına sahib olmalı;Texniki və metodik sənədlərin hazırlanma və işlənmə prinsiplərini bilməli;Qüvvədə olan standartları, sənədlərin tərtibat və rəsmiləşdirilmə qaydalarını mükəmməl şəkildə bilməli;Laboratoriya avadanlıqlarının və nəzarət-ölçü cihazlarının texniki xüsusiyyətlərini, istismar, sazlama və təhlükəsizlik qaydalarını yaxşı bilməli.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Prime Cotton
Yer: Goranboy, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-bas-laborant-goranboy-60240895/apply