Hava limanının uçuşların elektrik-işıq texniki təminatı üzrə sahəsinin fəaliyyətini təşkil etmək və idarə etmək;Uçuşların elektrik-işıq texniki vasitələri ilə fasiləsiz və təhlükəsiz təmin olunmasına nəzarət etmək;Sahənin gündəlik fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü həyata keçirmək və əməkdaşların fəaliyyətini əlaqələndirmək;Hava limanının işıqlandırma sistemlərinin, elektrik avadanlıqlarının və uçuşların elektrik-işıq təminatı vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;Elektrik-işıq sistemlərinin istismarının müəyyən edilmiş texniki tələblərə, normativ sənədlərə və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;Avadanlıqlarda yaranan nasazlıqların vaxtında müəyyən edilməsini, aradan qaldırılmasını və zəruri texniki tədbirlərin görülməsini təşkil etmək;Profilaktik texniki xidmət və təmir işlərinin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək;Sahədə aparılan texniki işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsinə nəzarət etmək;Avadanlıqların texniki vəziyyəti, aşkar edilmiş nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabat və məlumatların hazırlanmasını təşkil etmək;Zəruri texniki ehtiyatların, materialların və avadanlıqların müəyyən edilməsində və onların səmərəli istifadəsində iştirak etmək;Əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətinə nəzarət etmək və iş intizamını təmin etmək;Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;Fövqəladə və operativ hallarda zəruri tədbirlərin görülməsini təşkil etmək və aidiyyəti rəhbərliyə məlumat vermək;Hava limanının digər struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək;Sahənin fəaliyyətinin təkmilləşdirilməsi və əməliyyatların səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Vakansiya növü: Tam ştat
Şirkət: "Azərbaycan Hava Yolları" QSC
Yer: Naxçıvan, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-naxcivan-bhlucuslarin-elektrik-isiq-texniki-teminati-xidmetiucuslarin-elektri-t-71407265/apply