İş haqqında məlumat:
Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunda və hesabat sənədlərində əks etdirilməsini təşkil etmək və nəzarətdə saxlamaq;Müəssisənin mühasibat uçotunun və maliyyə hesabatlarının düzgün aparılmasını təmin etmək;Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;Vergi hesabatlarının hazırlanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilməsini təşkil etmək;Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanmasını və vaxtında köçürülməsini təmin etmək;Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;Daxil olan və çıxan pul vəsaitlərinin uçotunu, bank əməliyyatlarını, xərcləri, məhsul satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarını təşkil etmək və nəzarətdə saxlamaq;Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilmə hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna , digər ayırmaları tərtib və nəzarət etmək;Əməkhaqqı ödənişlərinin, dövlət büdcəsinə məcburi ödənişlərin, sosial sığorta ayırmalarının və digər öhdəliklərin düzgün hesablanmasına nəzarət etmək;Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;Maliyyə intizamına riayət olunmasını, inzibati-təsərrüfat və digər xərclərin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;Vergi risklərini əvvəlcədən müəyyənləşdirmək və qanunvericiliyə uyğun idarə etmək;Pul axınının planlaşdırılmasını və nəzarətini həyata keçirmək;Büdcənin hazırlanmasını və faktiki nəticələrlə müqayisəli təhlilini təmin etmək;Mənfəətlilik, marja və xərclərin optimallaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;Mühasibatlıq komandasının fəaliyyətini idarə etmək və nəzarətdə saxlamaq;
Tələblər:
Maliyyə, mühasibatlıq və ya əlaqəli ixtisas üzrə ali təhsil;Baş mühasib, Maliyyə meneceri və ya oxşar rəhbər vəzifədə minimum 7 il iş təcrübəsi;1C (8.3 Kompleks Avtomatlaşdırma) və MS Excel ilə yüksək səviyyədə işləmə bacarığı;Vergi qanunvericiliyi üzrə dərin biliklər;Büdcələşdirmə, maliyyə təhlili və pul axınının idarə olunması üzrə güclü bilik və bacarıqlar;Peşəkar Mühasib Sertifikatı (PMS – MHBS);ACCA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatları üstünlükdür;Azərbaycan dilini səlis bilməli; rus və ingilis dili bilikləri üstünlükdür;Analitik düşüncə, yüksək məsuliyyət, detallara diqqət və effektiv qərarvermə bacarığı;Komandanı idarə etmək və rəhbərliklə effektiv kommunikasiya qurmaq bacarığı;İş şəraiti:5 günlük iş həftəsiİş vaxtı: 09:00 - 18:00Tibbi sığortaKorporativ nömrəƏməkhaqqı: 4000-6000 AZN.
Maaş: 4000 - 6000 ₼
Son müraciət: 21/09/2026