Çoxfunksiyalı, BPA içərməyən plastikdən hazırlanmış, modulyar saxlama şkafı 6 hissədən ibarətdir. Məhsul modulyar (çoxlu montaj) quruluşa malik olduğu üçün hissələri fərqli şəkildə (məsələn, tam şaquli və ya pilləli) yığaraq ölçüləri istəyinizə uyğun dəyişə bilərsiniz. Uşaq otağında və ya istəyə uyğun olaraq hamam otağında yerləşdirilməsi mümkündür. Çoxfunksiyalı orqanayzer evinizdə sahəyə qənaət etmək və əşyalarınızın səliqəli saxlanılmasını təmin etmək üçün olduqca əlverişlidir.