Əsas vəzifə və öhdəliklər:
Şirkətinin filial, anbar, istehsalat və digər sahələrində daxili nəzarət prosedurlarını həyata keçirmək;
Ərazilərdə fəaliyyət göstərən merçandayzerlərin işinə nəzarət etmək və "check-list" (yoxlama vərəqəsi) əsasında yoxlamalar aparmaq;
Satış şəbəkələri və borclular ilə mütəmadi qarşılıqlı üzləşmələr həyata keçirmək, hesablaşmaların düzgünlüyünü yoxlamaq;
Satınalma, anbar, logistika, yanacaq, material və digər əməliyyatların şirkətin təsdiq edilmiş qaydalarına uyğunluğunu yoxlamaq;
Material ehtiyatları, texnika, yanacaq və digər aktivlərin təyinatı üzrə istifadəsinə və qorunmasına nəzarət etmək;
Dövri inventarizasiya və sayımlarda iştirak etmək, yaranan uyğunsuzluqları araşdırmaq;
Potensial saxtakarlıq, mənimsəmə və digər pozuntu əlamətlərini müəyyən edərək rəhbərliyə məlumat vermək;
Daxili nəzarət fəaliyyətlərinə dair dövri hesabatlar hazırlamaq.
Tələblər
İqtisadiyyat, Maliyyə və ya Hüquq üzrə ali təhsil;
Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət, Maliyyə və ya Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi (FMCG, satış və ya istehsalat sahəsində təcrübə üstünlükdür);
Sahə üzrə arzu olunan sertifikatlar (ACCA, PMS və s.);
Rus və İngilis dilləri arzuolunandır;
Biznes proseslərin təşkili və strukturu üzrə biliklər;
Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə nəzəri və praktiki biliklər;
1C Microsoft Office (xüsusilə Excel) və müvafiq uçot proqramlarında işləmə bacarığı;
Strateji düşüncə və uzunmüddətli planlama bacarığı;
Yeni sistemlərin tətbiqi zamanı komandanı uyğunlaşdırmaq və dəyişiklikləri effektiv idarə etmək bacarığı;
Məlumatların təhlili, üzləşmələrin aparılması və hesabatların hazırlanması üzrə yüksək bacarıqlar;
Müxtəlif departamentlərlə (satış, anbar, mühasibatlıq və s.) effektiv əməkdaşlıq bacarıqları;
Digər Məlumatlar:
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Ünvan: Binəqədi yolu 100
Nahar şirkət tərəfindən təmin edilir
CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/xirman-daxili-nezaret-uzre-mutexessis-150978