AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Dispetçer vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
Sürücülərin işinin təşkil edilməsi, daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;
Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;
Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə GPS vasitəsilə nəzarət edilməsi;
Tabeliyində olduğu rəhbərliyinin tapşırıqlarını və nəqliyyat vasitələrinə olan sifarişləri qeydə almaq.
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili (Nəqliyyat, Mexanika və ya uyğun sahə üzrə)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
MS Office proqramlarında işləmə bacarığı
Komanda ilə işləmə bacarığı
Məsuliyyətlilik və nizam-intizam
Əmək şəraiti:
İş yeri: Hökməli
İş qrafiki: 6 günlük
Əmək haqqı: 800-1000 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 800 AZN
Son müraciət tarixi: 15.10.2026