İş haqqında məlumat:
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik qaynaqçısı” vəzifəsinə vakansiya elan edir.İş şəraitiİş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.Tam sosial təminat (məzuniyyət və s.) 5 günlük iş həftəsiNahar fasiləsi: 12:00-13:00Nahar müəssisə tərəfindən təmin edilir.Vəzifə öhdəlikləriİstehsalat sahəsində metal konstruksiyaların, detalların, hissələrin və müxtəlif avadanlıqların elektrik qaynağı işlərini yerinə yetirmək;Qaynaq işlərini texniki sənədlərə, çertyoj və müəyyən edilmiş texnoloji tələblərə uyğun icra etmək;Qaynaq ediləcək səth və detalları qaynaq prosesinə hazırlamaq;Qaynaq aparatını, elektrodları, kabelləri və digər köməkçi avadanlıqları işə hazırlamaq;Qaynaq ediləcək materialın növünə, qalınlığına və işin xüsusiyyətinə uyğun elektrod və qaynaq rejimini müəyyən etmək;Müxtəlif mürəkkəblikdə qaynaq tikişlərini yerinə yetirmək;Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və aşkar olunmuş qüsurları aradan qaldırmaq;Metal konstruksiya və detalların yığılması və qaynaqlanması işlərində iştirak etmək;Zəruri hallarda metalın kəsilməsi, daşlanması və qaynağa hazırlanması kimi köməkçi işləri yerinə yetirmək;Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;İş prosesində istifadə olunan avadanlıqların texniki sazlığını nəzarətdə saxlamaq və nasazlıqlar barədə rəhbərinə məlumat vermək;İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;Verilmiş istehsalat tapşırıqlarını müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə yerinə yetirmək.
Tələblər:
Orta ixtisas və ya peşə təhsili;Elektrik qaynaqçısı ixtisası üzrə müvafiq iş təcrübəsi;Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;Elektrik qövs qaynağı üzrə nəzəri və praktiki biliklər;Müxtəlif metal və metal konstruksiyaların qaynaqlanması üzrə praktiki bacarıqlar;Elektrodların seçilməsi və qaynaq rejimləri haqqında bilik;Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı;Texniki çertyoj və sənədləri oxumaq bacarığı;Qaynaq tikişlərinə qoyulan əsas keyfiyyət tələblərini bilməli;Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli;İstehsalat şəraitində işləmək bacarığı;Namizədin şəxsi keyfiyyətləri:Məsuliyyətli və intizamlı olmaq;Diqqətli və dəqiq işləmək;İşə ciddi və planlı yanaşmaq;Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;Komandada işləmək bacarığı;Təhlükəsizlik qaydalarına riayət etmək;Operativ və çevik olmaq;Fiziki işə uyğunlaşmaq..
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 23/09/2026