İş haqqında məlumat:
Təsdiq edilmiş layihə, iş qrafiki, texniki şərtlər və təhlükəsizlik qaydalarına uyğun işlərin icrasının təmin edilməsi;Sahədə çalışan işçilərin, ustaların və texnikanın fəaliyyətinin koordinasiya edilməsi;Gündəlik iş planını hazırlanması və işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;Layihə ilə bağlı sahə məlumatlarının toplanması, analiz edilməsi və sifarişçiyə hesabatların təqdim edilməsi;İş zamanı istifadə olunan materialların layihə və texniki tələblərə uyğunluğunun yoxlanılması;Keyfiyyətə nəzarət üzrə mühəndis və laboratoriya əməkdaşları ilə koordinasiyalı işlənilməsi;Layihə planlarında və icrasında baş verən dəyişikliklərin sənədləşdirilməsi.
Tələblər:
Monolit, yol, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər;Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı;Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini yüksək səviyyədə bilmək;AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı;Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı.Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:Təhsil: Ali təhsilli (İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə)İş təcrübəsi: Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;İş şərtlərimiz:İş qrafiki: Tam iş günü (5 gün);İş yeri: Hökməli, Avrora Sənaye Parkı.İş saatı: 09:00-18:00Biz nə təklif edirik:Peşəkar komanda mühiti;Təlim və inkişaf imkanları;Şirkət hesabına korporativ nömrə;Nahar təminatı.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 22/09/2026