İş haqqında məlumat:
Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması;Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;Elektrik yükünün hesablanması;Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Tələblər:
Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 1-3 il təcrübə;Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;Kompüter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit; BİM layihələrində iştirakı arzuolunandır;Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı;Hesabat hazırlama və analiz etmə bacarığı;Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik.
İş barədə məlumat:İş qrafiki: 09:00-18:00, həftə içi 5 gün;Əmək haqqı: 1000-1500 AZN.İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Maaş: 1000 - 1500 ₼
Son müraciət: 01/10/2026