İş haqqında məlumat:
• Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
• Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
• İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
• Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
• Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
• Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.
Tələblər:
• Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
• MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
• İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
• AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
• Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
• Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
• Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
• İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.
İş şəraiti:İş rejimi: Tam ştatYaş həddi: 20–30 yaş;Əmək haqqı: 527 AZN-700 AZN (Artan əmək haqqıdır)İş yeri: Bakı şəhəri, Nərimanov rayonuYuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Maaş: 527 - 700 ₼
Son müraciət: 11/10/2026