Təsvir
Bütün əməkdaşların əsas əmək haqqının, əlavələrin, mükafatların, iş vaxtından artıq işə görə ödənişlərin, ezamiyyət və digər kompensasiya növlərinin SAP sistemində dəqiq və vaxtında hesablanmasını təmin etmək
Aylıq əmək haqqı hesablama dövrünün (payroll cycle) əvvəldən sona qədər idarə olunması: məlumatların yığılması, yoxlanılması, hesablanması, təsdiqlənməsi və ödənişin icrası
İşdən çıxma, məzuniyyət, xəstəlik vərəqləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda hesablamaların düzgün aparılması
Yeni işə qəbul olunan və işdən azad olunan əməkdaşlar üzrə yekun hesablaşmaların (final settlement) həyata keçirilməsi
Gəlir vergisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayırmaları, işsizlikdən sığorta və tibbi sığorta ayırmalarının qanunvericiliyə tam uyğun hesablanması
Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və SAP sistemində müvafiq tənzimləmələrin aparılması
Rəhbərlik üçün aylıq/rüblük/illik əmək haqqı fondu üzrə analitik hesabatların hazırlanması
Büdcə planlaşdırılması üçün əmək haqqı fondu üzrə proqnoz və hesablamaların aparılmasında iştirak
Mühasibatlıq şöbəsi ilə əmək haqqı üzrə balans hesablarının tutuşdurulması (reconciliation)
SAP sistemi ilə iş:
SAP HCM/Payroll modulunda əməkdaş məlumatlarının, tarif dərəcələrinin, hesablama qaydalarının aktual saxlanılması
Sistemdə yaranan xətaların (payroll errors) aşkarlanması, səbəblərinin araşdırılması və aradan qaldırılması
SAP-da yeni hesablama sxemlərinin, əlavə ödəniş növlərinin test edilməsi və tətbiqi prosesində iştirak
Sistem yeniləmələri (upgrade) zamanı test proseslərində iştirak etmək
Tələblər
Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş təcrübəsi
SAP sistemində (HCM/Payroll modulu) praktiki iş təcrübəsi mütləqdir
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyi üzrə dərin bilik
MS Excel-də yüksək səviyyəli bacarıq (əlavə: Power Query/Pivot table bilikləri üstünlükdür)
Analitik düşüncə, diqqətlilik və məxfiliyə riayət etmə bacarığı
Komanda ilə işləmə və vaxt idarəetməsi bacarıqları
Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində bilik üstünlükdür
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 16.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/oba-marketler-shebekesi-emekhaqqi-ve-mukafatlarin-hesablanmasi-uzre-aparici-mutexessis-151409