
Əməliyyat işləri üzrə icraçı direktor

Razılaşma yolu ilə
Əməliyyat işləri üzrə icraçı direktor
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1733150
Təsvir
BALİQUE — Bakıda fəaliyyət göstərən, dəniz məhsulları pərakəndə satışı üzrə inkişaf edən şirkətdir. Hazırda komandamızı gücləndirmək üçün biznes proseslərini analiz edə biləcək, rəqəmlərlə işləyən və Direktora strateji qərarların qəbulunda dəstək verəcək Əməliyyat işləri üzrə icraçı direktor axtarırıq.Vəzifə öhdəlikləri
Şirkətin əməliyyat proseslərini müntəzəm təhlil etmək, boşluqları müəyyənləşdirmək və təkmilləşdirmə təklifləri hazırlamaq
Aylıq/rüblük biznes hesabatlarını (satış, xərc, marja, mağaza performansı) hazırlayıb Direktora təqdim etmək
Şöbələr üzrə KPI sistemini qurmaq, izləmək və nəticələri analiz etmək
Yeni proses və prosedurlar (SOP) hazırlamaq, mövcudları təkmilləşdirmək
Şöbələr (mağazalar, ofis,anbar) arası əlaqələndirməni təmin etmək
Direktorun tapşırığı ilə strateji layihələrin icrasına nəzarət etmək
Bazar və rəqib analizi əsasında inkişaf təklifləri hazırlamaq
Şirkətin daxili komunukasiya, həmçinin boşluq olan nöqtələrinin,idarəetmə proseslərinin təkmilləşdirilməsi;
Tələblər
Ali təhsil (biznes idarəetməsi, iqtisadiyyat, maliyyə sahəsi üzrə)
Minimum 3-5 il analitika, biznes inkişafı və ya proses idarəetməsi sahəsində təcrübə
Excel-də irəli səviyyə (pivot table, dashboard); Power BI biliyi əlavə üstünlükdür
Analitik təfəkkür, detallara diqqət və problemi görüb həll etmə bacarığı
Güclü kommunikasiya və təqdimat bacarıqları
Pərakəndə, retail sahəsində təcrübə mütləqdir!
Vakansiya təcilidir və gözləmədən işə çıxa biləcək şəxslərin CV göndərməsini rica edirik!
Nə təklif edirik
Rəqabətqabiliyyətli əmək haqqı (təcrübəyə əsasən müəyyənləşdirilir)
Şirkətin strateji qərarlarında birbaşa iştirak imkanı
Peşəkar inkişaf və karyera perspektivi
Dostluq mühiti olan komanda
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Əməliyyat işləri üzrə icraçı direktor qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 04.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/balique-2023-ltd-mmc-emeliyyat-isleri-uzre-icraci-direktor-150339
Bənzər elanlar











BağışlayıramYeni
