
Layihə rəhbəri

Razılaşma yolu ilə
Layihə rəhbəri
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1733171
Təsvir
İş şəraiti
İş yeri: Xankəndi şəhəri
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri
Tikinti layihəsinin başlanğıcdan təhvilə qədər bütün mərhələlərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
Layihənin təsdiq edilmiş qrafik, büdcə, layihə və texniki tələblərə uyğun icrasına nəzarət;
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsinin təmin edilməsi;
Layihənin iş qrafikinin hazırlanması, icra vəziyyətinin mütəmadi monitorinqi və gecikmələrin qarşısının alınması;
Tikinti sahəsində işlərin koordinasiyası və sahə rəhbərləri, mühəndislər, texniki heyət və podratçılar arasında effektiv əməkdaşlığın təmin edilməsi;
Subpodratçı və podratçı şirkətlərin fəaliyyətinin koordinasiyası və görülən işlərin keyfiyyətinə, müddətinə və layihəyə uyğunluğuna nəzarət;
Layihə üzrə material, texnika, işçi qüvvəsi və digər resurslara olan tələbatın müəyyənləşdirilməsi;
Layihə büdcəsinə, xərclərə və resurslardan səmərəli istifadəyə nəzarət;
Tikinti zamanı yaranan texniki və təşkilati problemlərin operativ şəkildə müəyyən edilməsi və həllinin təşkili;
Layihə, smeta, işçi çertyojlar və digər texniki sənədlərin nəzərdən keçirilməsi;
Geodeziya, konstruksiya, beton, armatur, metal konstruksiya, MEP və digər tikinti işlərinin qarşılıqlı koordinasiyasının təmin edilməsi;
İşlərin keyfiyyət standartlarına, təhlükəsizlik və normativ tələblərə uyğun həyata keçirilməsinə nəzarət;
Layihədə SƏTƏMM və əməyin təhlükəsizliyi tələblərinin təmin edilməsində iştirak;
Layihənin gedişatı ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
İcra olunmuş işlərin, aktların, hesabatların və digər layihə sənədlərinin düzgün aparılmasına nəzarət;
Layihə üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
Layihə üzrə sifarişçi, layihəçi, texniki nəzarət, podratçı və digər tərəflərlə işgüzar münasibətlərin və koordinasiyanın təmin edilməsi;
Layihənin vaxtında, keyfiyyətli və təsdiq edilmiş büdcə çərçivəsində tamamlanmasının təmin edilməsi.
Namizədə tələblər
Tikinti, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Tikinti layihələrinin idarə olunması üzrə minimum 5 il iş təcrübəsi;
Tikinti sahəsində rəhbər vəzifədə iş təcrübəsi;
Böyük həcmli və mürəkkəb tikinti layihələrinin idarə olunması təcrübəsi;
Tikinti texnologiyaları, layihə və texniki sənədlərin oxunması üzrə biliklər;
Layihə planlaşdırılması və iş qrafiklərinin hazırlanması bacarığı;
MS Office, xüsusilə Excel və Word proqramlarında yaxşı istifadə bacarığı;
AutoCAD və layihələndirmə proqramları üzrə biliklər üstünlükdür;
MS Project, Primavera P6 və ya digər layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür;
Podratçı və subpodratçılarla işin təşkili və koordinasiyası bacarığı;
Güclü liderlik, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
Analitik düşüncə və operativ problem həll etmə bacarığı;
Stressə davamlılıq və yüksək məsuliyyətlilik;
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı;
Peşəkar və inkişaf yönümlü iş mühiti;
Böyükmiqyaslı tikinti layihələrində iştirak imkanı;
Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlərdən CV-lərini mövzu bölməsində “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 04.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/caspensol-mmc-layihe-rehberi-150346
Bənzər elanlar











BağışlayıramYeni
