Vakansiya: Fəhlə – ilməkçi (riger)
İşin təsviri:
• Yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması, qaldırılması və quraşdırılması üzrə işlərin icrası
• İşə başlamazdan əvvəl tros, kəndir, zəncir, ilgəc və digər takelaj vasitələrinin texniki sazlığının yoxlanılması
• Yükün kütləsi və konfiqurasiyasına uyğun tros, kanat, zəncir və xüsusi takelaj ləvazimatlarının seçilməsi və vəziyyətinin nəzarətdə saxlanılması
• Yüklərin ümumi kütləsinin və ağırlıq mərkəzinin düzgün müəyyənləşdirilməsi
• Çəki, ölçü və ağırlıq mərkəzinə əsasən təhlükəsiz daşınma sxeminin hazırlanması
• Yüklərin düzgün strop olunması və təhlükəsiz açılmasının təmin edilməsi
• Daşınma zamanı hissələrin tərpənməsinin və düşməsinin qarşısının alınması
• İti kənarlı səthlərdə stropların qorunması üçün xüsusi altlıqlardan istifadə
• Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklər üçün xüsusi qaldırma və sabitləmə metodlarının tətbiqi
• Qaldırıcı qurğularla işləyərkən kran operatorları və digər heyətlə koordinasiya, aydın və dəqiq siqnalların verilməsi
• Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin dəqiq yerləşdirilməsi
Namizədə tələblər:
• Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür)
• Fiziki cəhətdən sağlamlıq və işə davamlılıq
• İlməkçi (riger) üzrə etibarlı sertifikatın olması
• Tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi
• Tikinti sahəsində işləmək istəyi, öyrənməyə açıq olmaq
• Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)
İş şəraiti:
• İş yeri: Bakı şəhəri, Qala qəsəbəsi
• İş qrafiki: 6 günlük iş həftəsi
• Əmək haqqı: 950 manat