Prayk
İnformasiya Texnologiyaları üzrə mütəxəssis — İT, telekommunikasiya
600 ₼

İnformasiya Texnologiyaları üzrə mütəxəssis

SatılırİşlənmişBu gün
Tarix
Nömrə
№1733102

Təsvir

Vəzifə öhdəlikləri: Şirkət əməkdaşlarına gündəlik texniki dəstəyin göstərilməsi; Kompüter, printer, skaner, IP telefon və digər ofis avadanlıqlarının quraşdırılması və sazlanması; Windows əməliyyat sistemlərinin və zəruri proqram təminatlarının quraşdırılması; İstifadəçi kompüterlərində yaranan proqram və avadanlıq problemlərinin aradan qaldırılması; Active Directory sistemində istifadəçilərin yaradılması və idarə olunması; İstifadəçilərin sistemlərə giriş hüquqlarının verilməsi və nəzarətdə saxlanılması; Korporativ e-poçt hesablarının yaradılması və sazlanması; Lokal şəbəkə, internet və Wi-Fi bağlantılarında yaranan problemlərin müəyyən edilərək aradan qaldırılması; Şəbəkə avadanlıqlarının, o cümlədən router, switch və access point-lərin ilkin səviyyədə sazlanması; Serverlərin, şəbəkə avadanlıqlarının və IT xidmətlərinin gündəlik monitorinqi; Antivirus proqramlarının yenilənməsi və informasiya təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət; Məlumatların ehtiyat nüsxələrinin yaradılması prosesinin izlənilməsi; Yeni işçilər üçün kompüter və istifadəçi hesablarının hazırlanması; İşdən ayrılan əməkdaşların sistemlərə girişlərinin vaxtında məhdudlaşdırılması; IT avadanlıqlarının inventar uçotunun aparılması; Texniki nasazlıqların və görülən işlərin qeydiyyatının aparılması; Zərurət yarandıqda digər IT layihələrində və sistemlərin tətbiqində iştirak edilməsi. Tələblər: Yaş: 22-28; İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; IT dəstək və ya sistem inzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi; Windows 10/11 və Windows Server əməliyyat sistemləri üzrə biliklər; Active Directory, DNS, DHCP və Group Policy haqqında ilkin biliklər; TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış; Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı; Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması bacarığı; Printer, skaner və digər periferik avadanlıqlarla işləmək bacarığı; İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında məlumat; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ya ingilis dili biliyi üstünlükdür; Məsuliyyətli, operativ və komandada işləmək bacarığı; İstifadəçilərlə düzgün ünsiyyət qurmaq və problemlərə çevik yanaşmaq bacarığı. İş barədə məlumat: Əmək haqqı: 600-700 AZN Müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00 Uyğun namizədlər CV-lərini  “İnformasiya Texnologiyaları üzrə mütəxəssis”” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır Maaş: 600 AZN Son müraciət tarixi: 03.10.2026

E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/mj-finance-informasiya-texnologiyalari-uzre-mutexessis-150269

Bənzər elanlar