
IT mütəxəssisi (Helpdesk)

Razılaşma yolu ilə
IT mütəxəssisi (Helpdesk)
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1733201
Təsvir
Komandamıza texniki dəstək üzrə mütəxəssis axtarırıq. Texnologiyanı yaxşı anlayan, istifadəçilərə kömək etməyi bacaran və gündəlik iş prosesinə sakit və məsuliyyətli yanaşan namizədə üstünlük veririk.
Vəzifə öhdəlikləri
Yaranan insident və texniki problemləri operativ şəkildə həll etmək;
İşçi kompüterlərini (Windows/Linux) və ofis avadanlıqlarını quraşdırmaq və sazlamaq;
Kabel şəbəkəsinin çəkilişi və texniki xidmətini həyata keçirmək;
Şəbəkə avadanlıqlarını sazlamaq, server infrastrukturunun idarə olunmasına dəstək vermək;
İstifadəçilər tərəfindən daxil olan müraciətləri telefon, e-poçt və ticket sistemi vasitəsilə qəbul etmək və cavablandırmaq;
Virtuallaşdırma sistemləri ilə işləmək (VMware, Proxmox, ESXi, VirtualBox).
Namizədə tələblər
Ali və ya orta ixtisas texniki təhsil;
Helpdesk sahəsində yaxşı bilik və istifadəçilərlə işləmə təcrübəsi;
Şəbəkələr üzrə baza bilikləri və IT infrastrukturu haqqında anlayış;
Server əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
Nəzakətli və ünsiyyətcil olmaq, texniki məsələləri istifadəçilərə sadə və anlaşılan şəkildə izah etməyi bacarmaq.
İş şəraiti
Sakit və stabil iş mühiti, sağlam kollektiv;
İş qrafiki: 5/2, 09:00–18:00;
İş yeri: Nərimanov m. ərazisi;
Stabil əməkhaqqı və bonus sistemi.
Maraqlanan namizədlər CV-lərini aşağıda yerləşdirilmiş “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Helpdesk” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 06.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-it-mutexessisi-helpdesk-150398
Bənzər elanlar





BağışlayıramYeni
